Mar
2021
12:33
230
59
3838
Virtual karabakh

Azərbaycan telekanalları və radiolarına “Formula-1” qadağan edildi

2 Mar, 2021
12:33
3838

Azərbaycan telekanalları və radiolarına “Formula-1” qadağan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan telekanalları və radioları bu il keçiriləcək “Formula-1” üçün media akkreditasiyasından keçə bilməyəcək. 

Oxu.Az-ın xəbərinə görə, buna səbəb yarışın pandemiya şəraitində keçirilməsidir. 

Qeyd edək ki, yalnız media akkreditasiyasından yayım hüququ olan AzTV-yə (“İdman TV”) akkreditasiya veriləcək. Bundan başqa, yerli və xarici yazılı KİV nümayəndələrinin sayında da azalmalar olacaq. Burada əvvəllər “Formula-1” üçün akkreditasiya almış və bu yarışı işıqlandırmış yerli saytlara üstünlük veriləcək. 

4-6 iyun tarixlərində keçiriləcək yarış üçün təxminən 50-dən çox yerli media nümayəndəsi qeydiyyatdan keçə biləcək. Ümumilikdə isə 150-dən çox yerli və xarici media nümayəndəsinin qeydiyyatına icazə veriləcək.

Qeyd edək ki, media akkreditasiya prosesi bugündən başlayıb və martın 20-dək davam edəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri