Mar
2021
19:08
96
84
2110
Virtual karabakh

“Bakcell Arena”da yaranmış problem ortadan qaldırıldı, “Neftçi” – “Sabah” matçı bərpa olundu - YENİLƏNİB

3 Mar, 2021
19:08
2110

“Bakcell Arena”da yaranmış problem ortadan qaldırıldı, “Neftçi” – “Sabah” matçı bərpa olundu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakcell Arena”da işıqların sönməsi nəticəsində yaranmış problem aradan qaldırılıb.

Oxu.Az xəbər verir ki, “Neftçi” – “Sabah” matçının 27-ci dəqiqəsində işıqların sönməsi nəticəsində yarımçıq dayandırılmış oyun yenidən davam etdirilib.

Belə ki, arenanın generatorları işə salınıb, 10 dəqiqə sonra isə oyun bərpa olunub.

 Qeyd edək ki, hazırda matçda hesab açılmayıb.

19:01

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” matçında xoşagəlməz hadisə baş verib.

Oxu.Az xəbər verir ki, oyun ilk hissə davam edərkən yarımçıq dayandırılıb.

Buna səbəb oyunun keçirildiyi “Bakcell Arena”da işıqlar sönməsidir.

Projektorlardakı problem səbəbindən qarşılaşma 28-ci dəqiqədə dayandırılıb.

Qeyd edək ki, oyun dayandırılana qədər matçda qolsuzluq bərabərlik olub. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri