Mar
2021
17:54
193
38
2908
Virtual karabakh

Müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionuna fəxri diplom verildi

4 Mar, 2021
17:54
2908

Müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionuna fəxri diplom verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi daha 21 nəfəri təltif edib.

Oxu.Az-a Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bunlar arasında beş nəfər Vətən müharibəsində göstərdiyi şücaətə görə fəxri diploma layiq görülüb. Həmin şəxslər bunlardır:

- Kərimov Samir Elmi oğlu (Yevlax Rayon Gənclər və İdman İdarəsi (RGİİ), rəis müavini – baş leytenant);

- Məmmədzadə Əkbər Xaliq oğlu (Samux RGİİ, aparıcı məsləhətçi – sıravi əsgər);

- Həsənov Qurban Həsən oğlu (Goranboy RGİİ, rəis müavini – sıravi əsgər);

- Əsgərov Anar Telman oğlu (Ağdam RGİİ, baş məsləhətçi – baş leytenant);

- Şahmuradov Hikmət Tapdıq oğlu (Kəlbəcər RGİİ, baş məsləhətçi – baş leytenant).

Bundan başqa, idmanın təbliğatında göstərdiyi xidmətə görə iki nəfərə fəxri diplom verilib. Diplom alanlardan biri Azərbaycan Peşəkar Boks Federasiyasının I vitse-prezidenti, Bakı şəhər 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Fərhad Acalovdur.

Qeyd edək ki, Fərhad Acalov müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionudur. O, 2000-ci ildə yeniyetmələr arasında dünyanın ən güclüsü olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri