Mar
2021
12:48
34
164
888
Virtual karabakh

UFC prezidenti: “Həbib Nurməhəmmədovun qayıtması üçün hələ də şans var”

UFC prezidenti Deyna Uayt hələ də Həbib Nurməhəmmədovun döyüş meydanına qayıdacağına inanır.

Bu barədə TASS məlumat yayıb.

“Yüngül çəkidə reytinqin doqquzuncu pilləsindən birinci pilləsinə qədər keçirilməli olan əla və potensiallı döyüşlər var. Gəlin hələlik bu döyüşlərin necə olacağını gözləyək və o zaman titul uğrunda kimin mübarizə aparacağı bəlli olacaq. Əgər Həbib maraqlansa, o, döyüşü qəbul edəcək. Düşünürəm ki, onun qayıtması üçün hələ də şans var. Mən vəziyyəti bu cür görürəm, qapı onun üçün hələ açıqdır”, - deyə, D.Uayt bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri