12 
Mar
2021
16:00
117
23
4402
Virtual karabakh

Daha bir titullu idmançımız karyerasını erkən bitirdi - FOTO

12 Mar, 2021
16:00
4402

Daha bir titullu idmançımız karyerasını erkən bitirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə 2010-cu ilin dünya və Avropa çempionu Həsən Əliyev karyerasını bitirib.

Oxu.Az-ın xəbərinə görə, 31 yaşlı Həsən Əliyev məşqçilik fəaliyyətinə başlayıb.

O, yunan-roma güləşi üzrə əsas millimizdə rusiyalı baş məşqçi Aleksandr Tarakanovun köməkçilərindən biri təyin olunub.

Onun məşqçi kimi ilk ciddi sınağı bu ay Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri olacaq.

Xatırladaq ki, ötən ilin sonlarında sərbəst güləş üzrə üçqat Avropa çempionu Cəbrayıl Həsənov 30 yaşında zədəsinə görə karyerasını bitirmişdi. O, bu ilin əvvəlindən gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri