27 
Mar
2021
12:55
357
12
2439
Virtual karabakh

Azərbaycanlı idmançı titulunu qorumaq üçün döyüşə çıxacaq - FOTO

27 Mar, 2021
12:55
2439

Azərbaycanlı idmançı titulunu qorumaq üçün döyüşə çıxacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı MMA idmançısı Nəriman Abbasov ikinci dəfə qazandığı kəməri müdafiə etmək üçün döyüşə çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, aprelin 10-da Rusiyanın paytaxtı Moskvada “AMC Fight Nights” (ötən ilin dekabrınadək təşkilatın adı “Fight Nights Global” idi – S.M.) təşkilatının yubiley – 100-cü turniri keçiriləcək.

Bu yarışda 17 döyüş baş tutacaq. Nəriman Abbasov Rusiya təmsilçisi Şamil Əmirovla qarşılaşacaq.

27 yaşlı Nəriman indiyədək keçirdiyi 28 görüşdən 25-də qalib gəlib. İdmançımız ardıcıl 10 döyüşdür ki, məğlub olmur. Dağıstanın paytaxtı Mahaçqaladan olan Şamil Əmirov isə cəmi yeddi peşəkar döyüş keçirib. O bunlardan 4-də qalib gəlib, 1-də uduzub, bir döyüşü isə heç-heçə başa çatıb. Ötən ilin sentyabrın 25-də yuxarı çəkidə Dmitri Bikryovla görüşdən sonra ona kəmər verilsə də, sonradan təşkilatçılar hakimlərin səhv etdiyini və görüşün baş tutmamış sayıldığını açıqlayıblar.

Qeyd edək ki, gecənin döyüşü yarım-orta çəkidə Dmitri Bikryovla (Rusiya) və Qoyti Dazayev (Qazaxıstan) arasında olacaq. Qalib bu kateqoriyada kəmər qazanacaq. Turnir Rusiyanın “Matç Boyets” kanalı vasitəsilə canlı yayımlanacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri