Apr
2021
10:27
108
7
1736
Virtual karabakh

Avropa çempionatında iştirak edəcək cüdoçularımız bilindi - ADLAR

5 Apr, 2021
10:27
1736

Avropa çempionatında iştirak edəcək cüdoçularımız bilindi - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ay keçiriləcək cüdo üzrə Avropa çempionatına yollanacaq idmançılarımızın sayı və tərkibi bilinib.

Oxu.Az-ın xəbərinə görə, 14 cüdoçu qitə birinciliyində iştirak edəcək. Bunlardan 10-u kişi və 4-ü qadın cüdoçu olacaq.

Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi -66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq)

Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), İrina Kindzerskaya (+78 kq)

Qeyd edək ki, Olimpiada lisenziya xalları qazandıran Avropa çempionatı 16-18 aprel tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək. Turnirdə 44 ölkənin idmançısı qızıl medal üçün mübarizə aparacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri