Apr
2021
18:16
61
78
4018
Virtual karabakh

Antuan Qrizmandan qeyri-adi “het-trik” – FOTO/VİDEO

Futbol üzrə Dünya çempionu Antuan Qrizman bu gün üçüncü dəfə ata olub.

Oxu.Az xəbər verir ki, məşhur fransız futbolçunun Alba adlı qızı doğulub.

Maraqlısı isə bütün uşaqlarının eyni gündə, 8 apreldə dünyaya gəlməsidir: 8 aprel 2016, 8 aprel 2019, 8 aprel 2021-ci il.

Bu səbəbdən Qrizman “Barselona”nın bugünkü məşqini buraxıb. Onun sabah “Real” ilə son oyunqabağı məşqə qatılacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri