14 
Apr
2021
18:35
162
14
3214
Virtual karabakh

Qapalı zalda məşqinə icazə verilən üç idmançımızın adı bilindi

14 Apr, 2021
18:35
3214

Qapalı zalda məşqinə icazə verilən üç idmançımızın adı bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qrapplinq üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımızın adları bilinib.

Qrapplinq, Pankration və MMA Federasiyasının prezidenti Azad Əsgərovun Oxu.Az-a verdiyi məlumata görə, 26-27 apreldə keçiriləcək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında Azərbaycan üç idmançı ilə təmsil olunacaq.

Bunlar Vüsal Qasımov (-71 kq), Nadir İmaməliyev (-77 kq) və Məhəmməd Əhmədzadədir (-84 kq). Yarış zamanı komandaya rəhbərliyi federasiya prezidenti, o cümlədən Ümümdünya Güləş Birliyinin Dünya Qrapplinq Komitəsinin üzvü olan Azad Əsgərov həyata keçirəcək.

Qeyd edək ki, bu, pandemiya dövründə qrapplinq idman növündə keçirilən ilk mötəbər yarış olacaq. Turnir 19-25 apreldə Varşavada keçiriləcək güləş üzrə Avropa çempionatı başa çatdıqdan dərhal sonra baş tutacaq.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah həndbol, voleybol və qrapplinq üzrə milli komanda üzvlərinə qapalı zalda məşqə icazə verib. Aprelin 8-dən verilən xüsusi icazənin müddəti qrapplinqdə aprelin 23-də bitəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri