15 
Apr
2021
12:48
78
22
1854
Virtual karabakh

AFFA 120 min manat ödəniş etdi: Proseslər sürətləndiriləcək

15 Apr, 2021
12:48
1854

AFFA 120 min manat ödəniş etdi: Proseslər sürətləndiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA klublara ödəniş edib.

Oxu.Az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədi ilə pul ayrılıb.

AFFA tərəfindən hər bir Premyer Liqa klubuna dəstək olaraq növbəti dəfə 15 min AZN maliyyə vəsaiti ödənilib. Premyer Liqada səkkiz klubun çıxış etdiyini nəzərə alsaq, AFFA tərəfindən ödənilən ümumi məbləğ 120 min manatdır.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVID-19 pandemiyası ilə bağlı ümumilikdə 328 min AZN maliyyə vəsaiti dəstək olaraq köçürülüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri