18 
Apr
2021
23:41
34
188
1668
Virtual karabakh

Azərbaycan millisinin Avropa çempionatından qazancı: Cəmi iki “bürünc”

18 Apr, 2021
23:41
1668

Azərbaycan millisinin Avropa çempionatından qazancı: Cəmi iki “bürünc”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın cüdo millisi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatını cəmi iki medalla başa vurub.

Oxu.Az xəbər verir ki, bu gün osetin əsilli cüdoçumuz Zelim Kostoyev (-100 kq) bürünc medal görüşündə Rusiyanı təmsil edən həmyerlisi Niyaz İlyasova ipponla qalib gəlib.

Bu gün tatamiyə çıxanlardan Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını iki bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (-60 kq) da fəxri kürsüyə qalxıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri