19 
Apr
2021
16:42
94
59
3022
Virtual karabakh

İtaliya klubları “Milan”,“Yuventus” və “İnter”in çempionatdan kənarlaşdırılmasını tələb edir

19 Apr, 2021
16:42
3022

İtaliya klubları “Milan”,“Yuventus” və “İnter”in çempionatdan kənarlaşdırılmasını tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliya A Seriyasında çıxış edən bəzi klublar “Yuventus”, “Milan” və “İnter”i Avropa Superliqasına qoşulmaq istəməsini əsas gətirərək onların ölkə çempionatdan kənarlaşdırılmasını təklif edib.

“La Repubblica” nəşri xəbər verir ki, təklif A Seriyasında çıxış edən klublarının dünən keçirilən təcili iclasında “Atalanta”, “Verona” və “Kalyari” rəhbərliyi tərəfindən səsləndirilib.

Avropa Superliqasına oynamaq niyyətində olan klublar isə, İtaliyadakı turnirləri tərk etmək niyyətində olmadıqlarını bildiriblər.

Qeyd edək ki, İtaliya A seriyasında turnir cədvəlinə 75 xalla “İnter” başçılıq edir.

İkinci pillədə 66 xalla “Milan” qərarlaşıb. Milanın ən yaxın izləyicisi “Atalanta”nın 65 xalı var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri