19 
Apr
2021
16:24
24
284
5915
Virtual karabakh

Başına 25 tikiş qoyulan qapıçımız: “Ayılanda üzüm qan içində idi” - FOTO

19 Apr, 2021
16:24
5915

Başına 25 tikiş qoyulan qapıçımız: “Ayılanda üzüm qan içində idi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premyer Liqanın XXIII turunda “Səbail”lə səfər matçının ilk hissəsində ağır zədə alan millimizin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin müalicəsi davam edir.

Oxu.Az xəbər verir ki, Dağıstan əsilli futbolçu son durumu ilə bağlı Ağdam klubunun saytına açıqlama verib:

“Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ayılanda üzüm qan içində idi. İndi özümü pis hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə yeddi tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana dönəcəyəm”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev həmin matçın 30-cu dəqiqəsində yerini millimizin digər qapıçısı Emil Balayevə verib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri