19 
Apr
2021
22:54
87
167
5087
Virtual karabakh

“Real”, “Mançester Siti” və “Çelsi” Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər

19 Apr, 2021
22:54
5087

“Real”, “Mançester Siti” və “Çelsi” Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Superliqasına qoşulan “Real”, “Mançester Siti” və “Çelsi” klubları Çempionlar Liqasının yarımfinalından kənarlaşdırıla bilər.

Sports.ru xəbər verir ki, bunu Danimarka Futbol İttifaqının prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller bəyan edib.

Onun sözlərinə görə, məsələ ilə bağlı qərar qurumun cümə günü keçiriləcək iclasında qəbul edilə bilər.

“Klubları kənarlaşdırmaq lazımdır. Bunun cümə günü baş verəcəyini gözləyirəm. Çempionlar Liqasını necə bitirəcəyimizə isə sonra baxarıq”, - deyə Meller bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri