20 
Apr
2021
09:18
123
70
2408
Virtual karabakh

Florentino Peres: “Superliqanı yaratmaqda məqsəd dünya futbolunu xilas etməkdir”

20 Apr, 2021
09:18
2408

Florentino Peres: “Superliqanı yaratmaqda məqsəd dünya futbolunu xilas etməkdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Superliqanın yaradılmasında əsas məqsəd dünya futbolunu xilas etməkdir”.

Bu sözləri “beIN Sports” telekanalının jurnalisti Tankredi Palmeriyə müsahibəsində Madridin “Real” klubunun prezidenti Florentino Peres deyib.

Superliqanın rəhbəri hesab edir ki, futbolu daha cəlbedici etmək lazımdır:

“Artıq 24 yaşınadək insanların 40 faizi bu oyunla maraqlanmır. Bunun üçün bizə az oyun lazımdır, ancaq bu oyunlar top-komandalar arasında keçirilməlidir. Biz bunu özümüz üçün deyil, futbolu xilas etmək üçün edirik”.

F.Peres qeyd edib ki, hazırda Superliqada təmsil olunan üç ölkə var.

“Artıq 12 komandamız var, ancaq 15 olmasını istəyirik. “Bayern” və ya PSJ imtina edərsə, heç kim Superliqanı ləğv etməyəcək”, - deyə Peres əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri