20 
Apr
2021
12:24
78
15
1890
Virtual karabakh

“Neftçi”nin futbolçusu Afrikaya investisiya edəcək - FOTO

20 Apr, 2021
12:24
1890

“Neftçi”nin futbolçusu Afrikaya investisiya edəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda Afrikada yatırım etməyi düşünür.

Oxu.Az xəbər verir ki, İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisi bu barədə paylaşım edib:

“Bu yaxınlarda Afrikada “startap”larla bağlı iki onlayn görüşüm oldu. Orada çoxlu problemlər var və düşünürəm ki, ora pul yatıracağam”.

Qeyd edək ki, 34 yaşlı Keysuke Honda Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” – “Zirə” oyunundan (4:0) sonra Yaponiyada məşhur olan azərbaycanlı MMA idmançıları – Tofiq Musayev və Vüqar Kərəmovla şəklini paylaşıb və onları “super qonaqlar” adlandırıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri