21 
Apr
2021
10:42
377
10
2733
Virtual karabakh

Azərbaycan güləşçisi səkkizinci dəfə Avropa çempionu olmaq üçün xalçaya çıxır

21 Apr, 2021
10:42
2733

Azərbaycan güləşçisi səkkizinci dəfə Avropa çempionu olmaq üçün xalçaya çıxır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında bu gün qadın idmançıların mübarizəsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk gündə üçqat Olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik də mübarizəyə qoşulacaq. Bu, Ukrayna əsilli idmançımızın 2021-ci ildə ilk yarışı olacaq.

50 kq
1/4 final: Mariya Stadnik – Yekaterina Poleşçuk (Rusiya)

68 kq
1/8 final: Elis Manolova – Tindra Xöberi (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva – Epp Mae (Estoniya)

Qeyd edək ki, bu gün sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilovun (61 kq), Hacımurad Məhəmmədsəidovun (86 kq) və Osman Nurməhəmmədovun (92 kq) bürünc medal qazanmaq şansı var.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri