21 
Apr
2021
12:00
71
7
2175
Virtual karabakh

Milyonlar uğrunda savaşda avantürist ideya və bundan qazananlar... - ŞƏRH

21 Apr, 2021
12:00
2175

Milyonlar uğrunda savaşda avantürist ideya və bundan qazananlar... - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Super Liqası ideyasının ortaya atılması əslində futbolu diriltmək baxımından çox əla idi. Avantürist və separatist ideya olsa da, nəticəsi göz qabağındadır. UEFA klublara maliyyə gəlirlərinin çox olacağını bildirdi. Yəni, 12 klub UEFA-nı məcbur etdi ki, klublara daha çox vəsait versin, investisiya şirkəti ilə 6 milyard avroluq yeni müqavilə imzalasın...

Ax pandemiya... Pandemiya olmasaydı, bu ideya da bu qədər real görsənməyəcəkdi. Klublar hər il kifayət qədər maliyyə itkisi ilə üzləşirdi, pandemiya da bir tərəfdən onların ciblərinə ciddi təsir etdi.

Rəqəmlər də top klubları qane etmirdi. Məsələn, İngiltərə Premyer Liqasının qalibi 150 milyon funt sterlinq (174 milyon avro) qazanırdı, Çempionlar Liqasının qalibi isə ən yaxşı halda 82,4 milyon avro (bütün oyunlarda qalib gələcəyi halda).

Belə olan halda, “Mançester Siti”nin şeyxlərini niyə Çempionlar Liqası maraqlandırmalıydı ki?! Amma Avropa Super Liqasında hər iştirakçı 350 milyon, qalib isə 500 milyon avro (!) qazanacaqdı. Bu, milyonların savaşıdır... Heç bir top klub UEFA-nın bu sistemi ilə razılaşmazdı.

Amma Super Liqa ideyası reallaşsaydı, azarkeşlər uduzacaqdı. Nə qədər biz “Real” – “Liverpul” və ya “Mançester Siti” – “Barselona” oyununa baxmalıydıq? Niyə böyük oyunları hər həftə baş tutan sıradan oyun kimi qəbul etməliydik? Orta statistik azarkeş üçün “Qalatasaray” – “Mançester Yunayted” oyunu daha maraqlıdır, nəinki həftə ərzində eyni gündə baş tutan bir neçə böyük oyun? “Böyük oyun” deyiriksə, bunu dörd gözlə gözləməliyik, deyilmi?

Yuxarıda qeyd etdiyim kimi, bu, avantürist ideya idi və göründüyü kimi baş tutmadı. UEFA və FIFA öz maraqları naminə buna imkan vermədi. Amma bundan futbol azarkeşləri qazandı.

UEFA silkələndi, özü də bərk. Bundan sonra Avropanın ali futbol qurumu çətin ki, top-klubların hər hansısa marağını nəzərə almasın. İndi UEFA hər şeyi futbolda üfürə-üfürə edəcək...

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri