22 
Apr
2021
15:36
23
113
3046
Virtual karabakh

UEFA prezidenti “Real” - “Çelsi” matçının ləğv edilmə ehtimalını qiymətləndirdi

22 Apr, 2021
15:36
3046

UEFA prezidenti “Real” - “Çelsi” matçının ləğv edilmə ehtimalını qiymətləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA-nın prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yarımfinalında qarşılaşmalı olan “Real” (Madrid) - “Çelsi” klublarının oyununun ləğv ediləcəyi barədə dolaşan müzakirələrə münasibət bildirib.

Bu barədə “Marca” agentliyi məlumat yayıb.

UEFA-nın prezidenti qeyd edib ki, burada əsas amil mövsümün başlamasıdır.

“Yayım edən şirkətlər yarımfinal oynanılmadığı təqdirdə ziyanı ödəməyimizi xahiş edə bilərlər. Bununla əlaqədar olaraq “Real” - “Çelsi” qarşılaşmasının gələn həftə baş tutmasına dair kiçik də olsa, ehtimal var. Ancaq gələcəkdə durum bir qədər fərqli ola bilər”, - deyə UEFA-nın prezidenti vurğulayıb.

Xatırladaq ki, hər iki klub Avropa Superliqasında iştirak etmək barədə qərar qəbul etdikdən sonra hazırda iştirak etdikləri avrokubok yarışından kənarlaşdırmaqla təhdid olunmuşdular.  

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri