22 
Apr
2021
18:30
112
148
7114
Virtual karabakh

Dünya çempionları Adil Əliyevə müavin təyin olundu - FOTO

22 Apr, 2021
18:30
7114

Dünya çempionları Adil Əliyevə müavin təyin olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Kikboksinq Federasiyasında (AKF) bir sıra təyinatlar gerçəkləşib.

Oxu.Az-ın xəbərinə görə, bu gün federasiya prezidenti Orxan Əliyev, vitse-prezident Ehram Məcidov və baş katib Sadıx Bağırovun iştirakı ilə görüş keçirilib. Federasiya prezidenti Orxan Əliyev bir sıra təyinatları həyata keçirib.

AKF-nın İdarə Heyətinin sədri, Milli Məclisin vitse-spikeri Adil Əliyevə müavinlər təyin olunub.

Belə ki, kikboksinq üzrə dünya və Avropa çempionları Eduard Məmmədovla Ramal Aslanov federasiyanın İdarə Heyətinin sədr müavinləri təyin olunub. Həmçinin, Eduard Məmmədov yığma komandada baş məşqçinin köməkçisi, R.Aslanov isə milli komandanın kapitanı seçilib.

Peşəkar kikboksinq üzrə milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov, onun köməkçisi isə Anar Lalayev təyin olunub. Həvəskar kikboksinq üzrə millimizin baş məşqçisi isə Çingiz Eyvazov olacaq.

Federasiyanın Hakimlər Kollegiyasının sədri Aydın Ağabəyov təyin edilib. Doqquz şəxsə isə federasiyanın böyük məşqçisi vəzifəsi tapşırılıb.

Bunlar əsas millidə Telman Məhərrəmov (K-1), Hikmət Hacıyev (loukik), Gündüz Məmmədov (Full-kontakt), Fuad Zeynalov (kik-layt, layt-kontakt), gənclərdən ibarət yığmada Ceyhun Abbasov (K-1), Albert Qəribov (loukik), Anar Lalayev (full-kontakt), Müşfiq Hüseynli (kik-layt, layt-kontakt) və yeniyetmə/kadetlər arası millidə Əli Cəfərlidir (bütün üslublar).

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri