May
2021
20:07
36
288
3413
Virtual karabakh

“Qarabağ”ın qapıçısı növbəti dəfə zədələndi və mövsümü erkən bitirdi

4 May, 2021
20:07
3413

“Qarabağ”ın qapıçısı növbəti dəfə zədələndi və mövsümü erkən bitirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın və futbol üzrə Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.

27 yaşlı qolkiper “Zirə”yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.

Klubdan "Report"a verilən məlumata görə, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.

Rəqibin hücumu zamanı zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib. Onu 22-ci dəqiqədə Emil Balayev əvəzləyib.

Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.

Qeyd edək ki, aprelin 16-da, Premyer Liqasının XXIII turunun “Səbail”lə matçında da ağır zədələnmiş Məhəmmədəliyevin başına 25 tikiş qoyulmuşdu. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri