May
2021
13:33
15
416
4900
Virtual karabakh

Klub prezidenti azyaşlı futbolçulara enerji içkisi verilməsindən DANIŞDI - YENİLƏNİB + FOTO

7 May, 2021
13:33
4900

Klub prezidenti azyaşlı futbolçulara enerji içkisi verilməsindən DANIŞDI - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xocalı” Futbol Klubu azyaşlı futbolçulara enerji içkilərinin verilməsi məsələsinə aydınlıq gətirib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı klubun prezidenti İlkin Hacıyev açıqlama verib. 

“Xocalı” Futbol Klubu olaraq futbolçuların sağlamlıqları bizim üçün daha önəmlidir. Klub olaraq heç bir enerji içkisi şirkəti ilə əlaqəmiz yoxdur və futbolçularımıza da elə içkilər məsləhət bilməmişik. Kiçik anlaşılmazlıq olub. Futbolçuların valideynləri tərəfindən atılan addım olub və bu, bilməyərəkdən paylaşılıb. Klubumuz tərəfindən bunun nöqsan olduğu nəzərilərinə çatdırılıb və post dərhal silinib”, - deyə İ.Hacıyev qeyd edib.

13:18

Azərbaycanda futbol klubu azyaşlı oyunçularına qida rasionu kimi enerji içkisi verir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Xocalı” Futbol Klubunun “Facebook” səhifəsi məlumat yayıb.

“Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlığı ilə yayılmış fotoda azyaşlı oyunçuların enerji içkisi ilə qidalandığı görünür. Bu isə azyaşlıların orqanizmi üçün zərərli hesab edilir.

Onu da bildirək ki, artıq həmin şəkli klub öz səhifəsindən silib.

Qeyd edək ki, Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.

Xatırladaq ki, “Xocalı” Futbol Klubu Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərir. Klub yalnız aşağı yaş qruplarından ibarət komandalarla təmsil olunur.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri