May
2021
13:42
135
23
2529
Virtual karabakh

Azar “Real” azarkeşlərindən üzr istədi: “Məni bağışlayın”

7 May, 2021
13:42
2529

Azar “Real” azarkeşlərindən üzr istədi: “Məni bağışlayın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçika millisinin və Madridin “Real” klubunun futbolçusu Eden Azar ispaniyalı azarkeşlərdən üzr istəyib.

Oxu.Az xəbər verir ki, “Real”ın UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi”yə məğlub olduğu görüşdən (0:2) sonra Azarın keçmiş fransalı komanda yoldaşı Kurt Zuma ilə zarafatlaşarkən görüntülənməsi Kral klubu azarkeşlərini hiddətləndirmiş və onun qovulmalı olduğunu bildirmişdilər.

Azar isə “Instagram”ın “Hekayə” bölümü vasitəsilə həm ingilis, həm də ispan dilində açıqlama yayaraq “Real” azarkeşlərindən üzr istəyib:

“Məni bağışlayın. Haqqımda yazılanları oxudum. “Real” azarkeşlərini incitmək kimi bir fikrim olmayıb. “Real”da oynamaq hər zaman xəyalım olub və bura çempion olmağa gəlmişəm. Mövsüm bitməyib və La Liqada çempionluq üçün mübarizə aparacağıq”.

Qeyd edək ki, 30 yaşlı Eden Azar 2019-cu ilin iyunun 7-də 100 milyon avro qarşılığında “Çelsi”dən “Real”a keçib. Lakin o, hələ gözləntiləri doğrultmayıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri