12 
May
2021
03:29
280
34
2796
Virtual karabakh

“Formula-1” üzrə İstanbul Qran-prisi ləğv olundu

12 May, 2021
03:29
2796

“Formula-1” üzrə İstanbul Qran-prisi ləğv olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul Qran-prisi “Formula 1” yarışlarının təqvimindən çıxarılıb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Kanada Qran-prisinin pandemiya səbəbindən ləğv edilməsindən sonra yarışmanın 11-13 iyuna təsadüf edən mərhələsinin İstanbulda keçirlməsi nəzərdə tutulub.

Lakin Türkiyədə də koronavirusla bağlı vəziyyətin ürəkaçan olmaması bu planların üzərindən xətt çəkib.

İngiltərə Türkiyəni koronavirusun yayılmasına görə riskli ölkələr siyahısına salıb və bu ölkədən qayıdan şəxslər üçün 10 günlük karantin müddətini məcburi edib.

Yarışlarda iştirak edən bir çox komandanın mərkəzinin İngiltərədə olduğu nəzərə alınaraq, məhz 10 günlük karantindən yayınmaq üçün İstanbul Qran-prisi ləğv olunub.

Qeyd edək ki, “Formula-1”in İstanbul mərhələsinin ləğvi səbəbindən builki dünya çempionatı 22 yarışla yekunlaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri