12 
May
2021
12:11
18
82
3309
Virtual karabakh

Boliviyada futbol qarşılaşması cəmi doqquz dəqiqə davam etdi - VİDEO

12 May, 2021
12:11
3309

Boliviyada futbol qarşılaşması cəmi doqquz dəqiqə davam etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boliviya çempionatının VII turunda maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, “Royal Pari” komandası çempionatın lideri “Ze Stronqest”lə oyunda meydana yeddi futbolçu ilə çıxıb.

Komandanın az sayda oyunçu ilə meydana çıxmasının səbəbi əsas futbolçuların koronavirusa yoluxması olub.

Artıq görüşün səkkizinci dəqiqəsində meydan sahibləri azlıqda olan rəqibinin qapısından üçüncü topu keçirib. Daha sonra doqquzuncu dəqiqədə “Royal Pari”nin müdafiəçisi Kevin Roxasın zədələnib oyundan çıxmasından sonra say altıya enib. Bu səbəbdən baş hakim qaydalara uyğun olaraq, matçın ləğv olunduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri