17 
May
2021
10:39
319
20
7259
Virtual karabakh

Zabit Səmədov rinqə qayıdır: Rəqibi “Dəli it”dir - FOTO + ÖZƏL

17 May, 2021
10:39
7259

Zabit Səmədov rinqə qayıdır: Rəqibi “Dəli it”dir - FOTO + ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı kikboksçu Zabit Səmədov yenidən rinqə qayıdır.

Bu barədə idmançının özü Oxu.Az-a məlumat verib.

Zabit iyunun 12-də Belarusda rinqə çıxacaq. Artıq onun rəqibi də bəllidir. Bu, Nigeriya əsilli Almaniya vətəndaşı olan Olutobi Ayodeci Kalecaiyedir.

“Dəli it” (“Mad Dog”) ləqəbli idmançı MMA döyüşlərinin də iştirakçısıdır. O sonuncu dəfə 2018-ci ilin martın 3-də italiyalı Ernesto Papaya qalib gəlib. Ümumiyyətlə, onun MMA karyerasında səkkiz qələbəsi, altı məğlubiyyəti var.

Qeyd edək ki, Z.Səmədov Türkiyənin “Kuruluş Osman” serialında Gəncə bəy rolunu oynayır. Serial by ay sezon finalına çıxacağından, Zabit Səmədovun bu döyüşə hazırlaşmaq imkanı olacaq.

Onu da bildirək ki, Zabit Səmədov sonuncu dəfə döyüşünü 2018-ci ilin dekabrın 2-də keçirib. O, Belarusun paytaxtı Minskdə rusiyalı Yevgeni Orlova üçüncü raundun 28-ci saniyəsində qalib gəlib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri