28 
May
2021
15:16
138
11
1632
Virtual karabakh

Azərbaycan millisi Avropa çempionatının üçüncü ən yaxşı komandası oldu - FOTO

28 May, 2021
15:16
1632

Azərbaycan millisi Avropa çempionatının üçüncü ən yaxşı komandası oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

26-27 may tarixlərində Kiprin Limassol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında idmançılarımız ölkəmizi layiqli təmsil edərək yüksək nəticələr əldə edib.

Oxu.Az xəbər verir ki, gənc idmançılarımızdan Toğrul Salmanov (+98 kq) qızıl, Nicat Məmmədli (-58 kq) gümüş və Elvin Bağırov (-64 kq) bürünc medal qazanıb.

Həmçinin yarışın yekun nəticələrinə əsasən, yığmamız komanda hesabında üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, bu gün adıçəkilən ölkədə böyüklərin yarışına start verilib. İki gün davam edəcək bu yarışda Azərbaycanı səkkiz idmançı təmsil edəcək. Gənclərdə qızıl medal qazanmış Toğrul Salmanov böyüklərin yarışında da iştirak edəcək. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri