İyn
2021
13:42
113
110
6006
Virtual karabakh

Fransanı təmsil edən azərbaycanlı Olimpiadaya vəsiqə qazandı - FOTO/VİDEO

7 İyn, 2021
13:42
6006

Fransanı təmsil edən azərbaycanlı Olimpiadaya vəsiqə qazandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio Yay Olimpiya Oyunlarında bir çəkidə iki azərbaycanlı boksçu döyüşəcək.

Oxu.Az-ın xəbərinə görə, 91 kq-dan yuxarı çəkidə Olimpiadaya vəsiqə qazanmış 16 boksçu arasında iki azərbaycanlı var.

Bunlardan biri Azərbaycan təmsilçisi Məhəmməd Abdullayevdirsə, digəri II Avropa Oyunlarının gümüş mükafatçısı, Fransanı təmsil edən Murad Əliyevdir.

Murad iyunun 5-də Parisdə keçirilən Avropa Olimpiya Təsnifat turnirinin 1/8 final mərhələsinin birinci raundunda Morten Qivskovu (Danimarka) nokauta salmaqla qalib olub. 25 yaşlı boksçu dünən Giorgi Tçiqladzeyə (Gürcüstan) də qalib gəlməklə yarımfinala vəsiqə qazanıb və ilk dəfə çıxış edəcəyi Olimpiadada iştirakını rəsmiləşdirib.

 

İndi yarımfinalda Məhəmmədlə Murad bir-birinə rəqib olub. Onlar finala çıxmaq üçün bu gün bir-birini məğlub etməyə çalışacaq.

Qeyd edək ki, Murad Əliyev Moskvada doğulsa da, əslən Bərdə rayonundandır. O daha sonra ailəsi ilə Fransaya köçüb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri