İyn
2021
17:36
223
23
5861
Virtual karabakh

Uels Futbol Assosiasiyasından Azərbaycanla bağlı maraqlı paylaşım - FOTO/VİDEO

7 İyn, 2021
17:36
5861

Uels Futbol Assosiasiyasından Azərbaycanla bağlı maraqlı paylaşım - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Uels millisi AVRO-2020 (Avropa çempionatı) üçün Bakıya gəlib.

Oxu.Az-ın xəbərinə görə, Uels Futbol Assosiasiyası (UFA) və millinin “Totenhem”də oynayan ulduz kapitanı Qaret Beyl Bakıya gəlmələrini əks etdirən foto paylaşıblar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Gareth Bale (@garethbale11)

Həmçinin UFA Azərbaycana aid görüntülərdən ibarət maraqlı paylaşım edib. Burada ölkəmizin adının mənası, Bakı şəhəri, sitayiş etdiyimiz din, bayrağımızın rəngləri haqda məlumat verilib, azərbaycanca təşəkkür sözünün necə səsləndiyi bildirilib.

Qeyd edək ki, bu gün Bakıda olacaq Uels millisi “Hilton” hotelində məskunlaşacaq. 2016-cı ildə Fransada keçirilmiş son Avropa çempionatının yarımfinalçısı iyunun 12-də Bakı Olimpiya Stadionunda İsveçrə ilə qarşılaşacaq. Bundan dörd gün sonra isə Uels eyni məkanda Türkiyə yığması ilə görüşəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri