İyn
2021
17:48
44
56
11210
Virtual karabakh

“Neftçi” hücumçu ilə müqavilə bağladı

8 İyn, 2021
17:48
11210

“Neftçi” hücumçu ilə müqavilə bağladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb. 

Oxu.Az xəbər verir ki, Bakı klubu yetirməsi Mirabdulla Abbasovla anlaşmanı yeniləyib.

Yeni müqaviləyə əsasən, 26 yaşlı hücumçu daha iki il ağ-qara formanı geyinəcək. Onun anlaşması 2023-cü il mayın 31-dək nəzərdə tutulub.

Abbasov “Neftçi”də keçirdiyi yeddi mövsüm ərzində 95 oyunda meydana çıxıb. O, 20 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Muradbəyli və Mamadu Mbocla yeni müqavilə bağlayıb. Albaniyalı yarımmüdafiəçi Bruno Teluşi və bolqarıstanlı hücumçu Ahmed Ahmedovla yollar ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri