İyn
2021
14:06
79
17
1734
Virtual karabakh

“Keşlə” 10 futbolçu barədə qərar verdi

9 İyn, 2021
14:06
1734

“Keşlə” 10 futbolçu barədə qərar verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək “Keşlə” müqaviləsi bitən 10 futbolçu barədə qərar verib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Kubokunun son qalibi “Keşlə” FK-nın rəhbərliyi aşağıda adları sadalanan futbolçularla əməkdaşlıq müqaviləsinin müddətinin daha bir il artırılması barədə qərar qəbul edib.

Bunlar Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyuşko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmlidir. Elçin Mustafayevlə isə icarə müddəti artırılıb.

Qeyd edək ki, daha əvvəl “Keşlə” Şəhriyar Əliyev, Merab Qiqauri və Azər Salahlı ilə müqavilə müddətini artırıb. Həmçinin, “Neftçi”nin futbolçuları – Rəhman Hacıyevlə Turan Vəlizadə daha bir il müddətinə “Keşlə”də icarə əsasında oynayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri