10 
İyn
2021
21:24
933
28
5405
Virtual karabakh

Mariya Stadnik qızıl medal qazandı - YENİLƏNİB

10 İyn, 2021
21:24
5405

Mariya Stadnik qızıl medal qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qadın güləşçisi, dünya və Avropa çempionu Mariya Stadnik Polşanın paxtaxtı Varşavada keçirilən “Poland Open” turnirində final görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində yarışan idmançımız Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 9:4 hesabı ilə qalib gələn Stadnik qızıl medal qazanıb.

15:09

Azərbaycanın qadın güləşçisi, dünya və Avropa çempionu Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirində finala çıxıb.

Oxu.Az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıllıqla Emiliya Alina Vuça (Rumıniya) 12:2, Erin Qolstona (ABŞ) 10:0 və Mariya Tyumerekovanı (Rusiya) 11:1 hesabları ilə məğlub edərək finala yüksəlib.

O, axşam seansında qızıl medal uğrunda görüşə çıxacaq. Stadnikin rəqibi həmyerlisi, Ukrayna təmsilçisi Oksana Livaç olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bu yarışda bürünc medal qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri