10 
İyn
2021
18:40
271
59
5845
Virtual karabakh

Bakı AVRO-2020-nin populyar şəhərləri arasında ikinci yerdədir

10 İyn, 2021
18:40
5845

Bakı AVRO-2020-nin populyar şəhərləri arasında ikinci yerdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 iyunda başlayacaq Avropa Futbol Çempionatı ərəfəsində “TurStat” idman və turizm portalı, “Radisson Hotel Group” ilə birlikdə AVRO-2020-nin turistlər tərəfindən populyar olan şəhərlərinin reytinqini təqdim edib.

Siyahıya əsasən AVRO-2020 turistləri üçün şəhərlər arasında ilk üçlüyə Sankt-Peterburq, Bakı və Budapeşt daxil olub.

Sankt-Peterburqda AVRO-2020-nin yeddi oyunu, Bakı və Budapeştin isə hər birində dörd görüş keçiriləcək. Rusiyalı turistlərin Azərbaycana və Macarıstana girişinə icazə verilir.

UEFA-nın tələbinə görə AVRO-2020-nin Sankt-Peterburq və Bakıda keçiriləcək oyunlarına stadion tutumunun 50%-nə qədər (31 min nəfərə qədər), Budapeştdə isə 100% (61 min nəfər) icazə verilir.

Qeyd edək ki, qitə birinciliyi 11 iyundan 11 iyul tarixinədək Avropanın 11 şəhərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri