11 
İyn
2021
16:33
362
52
6305
Virtual karabakh

Azərbaycanın Xalq artisti yeni ifası ilə Türkiyə millisinə dəstək oldu - VİDEO

11 İyn, 2021
16:33
6305

Azərbaycanın Xalq artisti yeni ifası ilə Türkiyə millisinə dəstək oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ifanı bütün Türkiyəyə hədiyyə edirəm. Mahnını Avropa çempionatında mübarizəyə qoşulan Türkiyə milli komandasına dəstək məqsədi ifa etmişəm”.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, bu sözləri Azərbaycanın Xalq artisti Azərin (Anaxanım Tağıyeva) AVRO-2020-nin qrup oyunlarında iştirak edəcək futbol üzrə Türkiyə milli komandası üçün oxuduğu yeni musiqi haqda danışarkən bildirib.

Azərin əlavə edib ki, “Canım Türkiyəm” adlanan mahnının sözləri Hanefi Söztutana, bəstəsi isə öz doğma bacısına məxsusdur.

Xatırladaq ki, bu gün futbol üzrə Avropa çempionatı start götürür.

Turnirin açılış oyunu Romadakı “Olimpiya” stadionunda İtaliya və Türkiyə yığmaları arasında olacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri