11 
İyn
2021
17:06
155
51
1532
Virtual karabakh

Olimpiadaya gedəcək idmançılarımıza vaksin vurulmasına başlandı - FOTO

11 İyn, 2021
17:06
1532

Olimpiadaya gedəcək idmançılarımıza vaksin vurulmasına başlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və Yaponiyaya gedəcək heyət üzvlərinin COVID-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.

Oxu.Az-a Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, ilk peyvənd MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub.

Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub. MOK vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, vaksin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq. Hazırda təlim-məşq toplantısında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq”.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, atletlər kəndində məskunlaşacaq Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80 faizi oyunlar başlayana qədər vaksinasiya olunacaq.

Tokioda Olimpiya Oyunları 23 iyul - 8 avqust, Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri