13 
İyn
2021
21:54
253
36
5504
Virtual karabakh

Avstriya Avropa çempionatı tarixində ilk qələbəsini qazandı - VİDEO + YENİLƏNİB

13 İyn, 2021
21:54
5504

Avstriya Avropa çempionatı tarixində ilk qələbəsini qazandı - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriya millisi Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəlməklə tarixində ilk dəfə Avropa çempionatlarında ilk qələbəsini qazanıb.

Oxu.Az xəbər verir ki, bu həm də avstriyalıların 1990-cı ildən bəri çıxış etdikləri mötəbər turnirlərdə ilk qələbəsi sayılır. Bu komanda sonuncu dəfə qələbəsini 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatında qazanmışdı. Komanda həmin vaxt Florensiya şəhərində qrupun son görüşündə ABŞ millisini 2:1 məğlub etmişdi.

Bu matç həm də hələ ki AVRO-2020-nin ən çox qol vurulan oyunu ünvanına sahib çıxıb. 

Avstriya millisi daha bir meydana sonradan çıxmış futbolçusu ilə qol vurdu. 30 dəqiqə əvvəl meydana girmiş, Çində çıxış edən, serb əsilli futbolçu – Marko Arnautoviçlə hesab arasındakı fərqi artırdı. Qol 89-cu dəqiqədə vuruldu.

21:37

Avstriya 78-ci dəqiqədə 20 dəqiqə əvvəl meydana çıxmış “Auqsburq”un hücumçusu Mixael Qreqoriçlə hesabda önə çıxdı. Qolun ötürməsini komandanın kapitanı, Madrid “Real”ının yeni üzvü David Alaba etdi.

21:03

Avstriya – Şimali Makedoniya oyununda ikinci hissə başlandı. Görüşdə hələ ki hesab bərabərdir – 1:1.

20:30

28-ci dəqiqədə Şimali Makedoniya gözlənilmədən hesabı bərabərləşdirdi – 1:1. İyulda 38 yaşı tamam olacaq “Cenoa”nın təcrübəli hücumçusu Qoran Pandev rəqib qapıçı və müdafiəçi arasında anlaşılmazlıqdan faydalı istifadə etdi. Bu, Şimali Makedoniyanın Avropa çempionatında ilk qolu kimi tarixə düşdü.

20:20

18-ci dəqiqədə Avstriya hesabı açdı. Mönxenqladbax “Borusiya”sının sağ cinah müdafiəçisi Ştefan Layner fərqləndi.

20:01

Avstriya – Şimali Makedoniya oyunu start götürdü.

19:18

Bu gün AVRO-2020 çərçivəsində C qrupunun ilk matçı keçiriləcək.

Oxu.Az xəbər verir ki, qrupun ilk matçında Avstriya debütant Şimali Makedoniyanı qəbul edəcək.

Buxarestin Milli Arenasında keçiriləcək görüşdə komandalar bu start heyətlə meydana çıxacaq:

Avstriya (4-4-1-1): Baxman, Layner, Draqoviç, Hintereqer, Ulmer, Baumqartner, Laymer, Ksaver Şlaqer, Alaba (kapitan), Zabitser, Kalayciç

Şimali Makedoniya (5-3-2): Dimitrevski, Alioski, Musliu, Darko Velkovski, Stefan Ristovski, Nikolov, Elmas, Ademi, Bardi, Traykovski, Pandev (kapitan)

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri