14 
İyn
2021
00:57
208
103
9560
Virtual karabakh

AVRO-2020-nin ən bol qollu matçında Niderland qalib gəldi - YENİLƏNİB + VİDEO

14 İyn, 2021
00:57
9560

AVRO-2020-nin ən bol qollu matçında Niderland qalib gəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

C qrupunun ikinci görüşü də birinci kimi bol qollu keçib.

Oxu.Az xəbər verir ki, bütün qollar ikinci hissədə vurulub. Beş qolun vurulduğu görüşdə Niderland Ukraynaya 3:2 hesabı ilə qalib gəlib. Bu, AVRO-2020-nin hələ ki ən bol qollu matçı sayılır.

00:45

Niderland millisi yenidən hesabda önə çıxıb. PSV-nin sağ cinah müdafiəçisi Denzel Dumfrays 85-ci dəqiqədə cərimə zərbəsindən sonra başla fərqlənib. Niderland Ukraynaya 3:2 qalib gəlir. 

00:36

79-cu dəqiqədə isə Roman Yaremçuk hesabı 2:2 edib.

Ukrayna millisinin kapitanı da həmkarına cavab verib. İngiltərənin “Vest Hem” klubunda çıxış edən Andrey Yarmolenko 75-ci dəqiqədə AVRO-2020-nin ən gözəl qoluna imza atıb.

00:20

Meydan sahibləri Almaniyanın “Volfsburq” komandasının hücumçusu Vaut Vexhorstla hesabı 2:0 edib. Qol 59-cu dəqiqədə vurulub.

00:09

Niderland millisi 52-ci dəqiqədə hesabda önə keçdi. Bu ay PSJ ilə üç illik müqavilə bağlamış komandanın kapitanı Concinio Veynaldum fərqlənib.

00:04

Niderland – Ukrayna görüşündə ikinci hissə gedir. Tərəflər hələ qapılara yol tapa bilməyib.

23:50

Görüşdə hələ qol vurulmayıb. Komandalar fasiləyə qol vurmadan yollanıb.

23:06

C qrupunun ikinci görüşündə Niderland millisi Ukrayna ilə öz meydanında qarşılaşır. Oyun artıq başlayıb və hesab açılmayıb.

22:29

Bu gün AVRO-2020-nin C qrupunun ikinci görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, Amsterdamda Yohan Kroyf adına arenada Niderland Ukrayna millisini qəbul edir.

Görüşə komandalar bu taktiki düzülüş və bu start heyətlə çıxacaq:

Niderland (5-3-2): Stekelenburq, Dumfris, Yurien Timber, de Vrey, Blind, van Aanholt, de Roon, Veynaldum (kapitan), Frank de Yonq, Veqhorst, Depay

Ukrayna (4-1-4-1): Buşçan, Nikolenko, Matviyenko, Zabarnı, Karavayev, Zinçenko, Zubkov, Malinovski, Sidorçuk, Yarmolenko (kapitan), Yaremçuk

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri