14 
İyn
2021
15:00
135
26
2918
yuxarı
Azərbaycan çempionatının başlanma vaxtı bilindi
14 İyn, 2021
15:00
2918
135
26
Azərbaycan çempionatının başlanma vaxtı bilindi
Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda yeni mövsümün başlanması, əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Qərara alınıb ki, Yüksək Liqada 2021/22-ci il mövsümünə sentyabrın 9-da start verilsin.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək