15 
İyn
2021
01:00
157
34
4589
Virtual karabakh

AVRO-2020-də ilk qolsuz matç: Dünya və qitə çempionları İsveçin müqavimətini qıra bilmədi - VİDEO + YENİLƏNİB

15 İyn, 2021
01:00
4589

AVRO-2020-də ilk qolsuz matç: Dünya və qitə çempionları İsveçin müqavimətini qıra bilmədi - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya millisi 2008-ci ilin Avropa çempionatının qrup mərhələsində 2:1 məğlub etdiyi İsveçi bu dəfə yenə bilməyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu, AVRO-2020-nin ilk qol vurulmayan matçı olub.

00:07

Görüşdə ikinci hissə başladı.

23:49

Oyunda ilk hissə başa çatdı. Dünya və Avropa çempionu İspaniyanın diqtəsi ilə keçən görüşdə hesab açılmayıb.

23:03

İspaniya – İsveç oyunu başladı. Görüşdə topa ilk toxunan komanda İsveç oldu.

22:26

Bu gün AVRO-2020-nin mərkəzi görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, üçqat Avropa çempionları olan İspaniya Sevilya şəhərində son illər tez-tez rəqib olduğu İsveçi qəbul edəcək.

E qrupunun ikinci görüşünə komandalar bu start heyətlə meydana çıxacaq:

İspaniya (4-3-3): Unai Simon, Markos Lyorente, Laport, Pau Tores, Xordi Alba (kapitan), Koke, Rodri, Pedri, Feran Tores, Morata, Olmo

İsveç (4-4-2): Ulsen, Auqistinson, Danielson, Lindelöf, Lustiq, Foşberi, Ekdal, Ulson, Sebastian Laşon (kapitan), İsak, Beri

Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri