15 
İyn
2021
16:48
216
36
1871
Virtual karabakh

Kaxaber Tsxadadze: “Neftçi” Azərbaycanın markasıdır”

15 İyn, 2021
16:48
1871

Kaxaber Tsxadadze: “Neftçi” Azərbaycanın markasıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Tsxadadze “Neftçi” ilə oyunlardan danışıb.

Oxu.Az xəbər verir ki, Tsxadadze UEFA Çempionlar Liqasındakı rəqibi barədə bunları deyib:

“Neftçi” Azərbaycan çempionudur və ölkəsində Gürcüstanda “Dinamo” kimi futbol markasıdır. Ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Bu nöqtədə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmaq lazımdır. Planlarımız var, mümkün qədər çox məşq edib, nəticəni mümkün etməliyik”.

Qeyd edək ki, “Neftçi” ilk oyununu 6 və ya 7 iyulda Tbilisidə, cavab görüşünü isə 13 və ya 14 iyulda Bakıda – “Bakcell Arena”da keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri