15 
İyn
2021
21:54
313
36
6649
Virtual karabakh

AVRO-2020: Portuqaliya son dəqiqələrdə coşdu - VİDEO + YENİLƏNİB

15 İyn, 2021
21:54
6649

AVRO-2020: Portuqaliya son dəqiqələrdə coşdu - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriştianu Ronaldu 90+2-ci dəqiqədə dublunu rəsmiləşdirdi. Bununla da “Yuventus”dan ayrılacağı gözlənilən Ronaldu bombardirlər cədvəlində Romelu Lukaku (Belçika) və Patrik Şikə (Çexiya) çatdı.

Beləliklə, görüşdə Portuqaliya meydan sahibi Macarıstana 3:0 qalib gələrək qrupdakı ilk görüşünü qələbə ilə başa vurdu.

21:43

Portuqaliya Dortmund “Borusiya”sının futbolçusu Rafael Qereyrunun 84 və kapitan; Kriştianu Ronaldunun 87-ci dəqiqələrdə vurduğu qollarla 2:0 önə keçdi.

21:06

Macarıstan – Portuqaliya görüşündə ikinci hissə davam edir. Hələ ki qol vurulmayıb.

20:48

F qrupunun ilk oyununda birinci hissə başa çatdı. Macarıstan – Portuqaliya matçında ilk hissədən sonra qolsuzluqdur.

20:02

Futbol üzrə Avropa çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

F qrupunun ilk oyununda Macarıstan və Portuqaliya yığmaları üz-üzə gəlir.  

Oyuna start verilib, hazırda ilk hissə davam edir, hesab açılmayıb.

AVRO-2020
F qrupu
15 iyun

20:00 Macarıstan – Portuqaliya
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Budapeşt. “Puşkaş Arena”.

Macarıstan (3-5-2): 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 8. Adam Naci, 9. Adam Salai (k), 13. Andras Şefer, 14. Qerqö Lovrençiç, 15. Laslö Klaynhaysler, 20. Roland Sallai, 21. Endre Botka.

Portuqaliya (4-3-3): 1. Rui Patrisiu, 2. Nelson Semedu, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Qereyru, 7. Kriştianu Ronaldu (k), 10. Bernardu Silva, 11. Brunu Fernandes, 13. Danilu, 14. Vilyam Karvalyu, 21. Dioqu Jota

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri