16 
İyn
2021
16:00
163
20
6223
Virtual karabakh

Avropa Konfrans Liqası: Azərbaycanın üç klubunun rəqibi müəyyənləşdi - YENİLƏNİB

16 İyn, 2021
16:00
6223

Avropa Konfrans Liqası: Azərbaycanın üç klubunun rəqibi müəyyənləşdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” avrokuboklarda mübarizəyə İsrailin “Aşdod” klubu ilə başlayacaq. “Keşlə” ilk mərhələdə Rusiyanın “Soçi” komandası ilə, “Sumqayıt” isə Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.

“Qarabağ” ilk matçını evdə, “Keşlə” və “Sumqayıt” isə müvafiq olaraq Soçi və Belqrad şəhərlərində keçirəcək.

15:43

Azərbaycan çempionu “Neftçi”nin Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Çempionlar Liqasının I raundunda Gürcüstan çempionu “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq “ağ-qaralar” məğlub olacağı təqdirdə, Konfrans Liqasının Çempionlar yolunda mübarizəni davam etdirəcək.

Belə olarsa, Samir Abasovun yetirmələri bu turnirdə “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) cütünün məğlubu ilə qarşılaşacaq. “Neftçi” ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 22-də və 29-da keçiriləcək.

10:04

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan Premyer Liqasının üç klubunun – “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin rəqibləri bilinəcək. 

Mərasim Bakı vaxtı ilə 15:30-da başlayacaq. 

UEFA püşkdən əvvəl komandaları qruplara bölüb. I səbətdə yer alan “Sumqayıt”ın mümkün rəqibləri Kiprin “Apollon”, İsrailin “Hapoel” (Beer-Şeva), Serbiyanın “Çukariçki”, Rumıniyanın “Styaua” və Ukraynanın “Vorskla” klublarıdır.

II səbətdəki “Keşlə” Kiprin AEL, Türkiyənin “Sivasspor”, Rusiyanın “Soçi”, Qazaxıstanın “Astana”, İsrailin “Makkabi” (Təl-Əviv) klublarından biri ilə görüşəcək.

VI səbətdəki “Qarabağ” isə nisbətən zəif komandalarla qarşılaşmaq şansına malikdir. Ağdam təmsilçisi “Velej” (Bosniya və Herseqovina) – “Kolreyn” (Şimali İrlandiya), “Payde” (Estoniya) – “Şlyonsk” (Polşa), “Laçi” (Albaniya) – “Buduçnost” (Monteneqro) cütlərinin qalibi və İsrailin “Aşdod”, həmçinin Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klublarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri