18 
İyn
2021
15:56
125
12
2061
Virtual karabakh

Azərbaycanın qadın tennis millisindən tarixi uğur - FOTO

18 İyn, 2021
15:56
2061

Azərbaycanın qadın tennis millisindən tarixi uğur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Billie Jean King Cup” adlı Dünya Kubokunda iştirak edən qadınlardan ibarət tennis üzrə millimiz ilk qələbəsini qazanıb.

Azərbaycan Tennis Federasiyasının vitse-prezidenti Salam Əsgərəlizadənin Oxu.Az-a verdiyi məlumata görə, yığma komandamız Umayra Həşimova, Züleyxa Səfərova, Alina Qavriş və Alina Hüseynova ilə təmsil olunur.

III qrupun F səbətində yer alan millimiz əvvəlcə Monteneqro və CAR millilərinə 0:3 hesabı ilə uduzsa da, dünən Namibiya yığmasına 3:0 qalib gəlib. Bu, qadın millimizin ilk qələbəsi sayılır. Bununla da komandamız öz səbətində üçüncü olaraq pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, hazırda millimiz Albaniya yığması ilə qarşılaşır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri