18 
İyn
2021
21:55
160
34
4436
Virtual karabakh

AVRO-2020: Xorvatiya – Çexiya matçında qalib müəyyənləşmədi - YENİLƏNİB + VİDEO

18 İyn, 2021
21:55
4436

AVRO-2020: Xorvatiya – Çexiya matçında qalib müəyyənləşmədi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

D qrupunun Xorvatiya – Çexiya oyunu 1:1 hesabı ilə başa çatdı. Çexiya dörd, son dünya çempionatının finalçısı Xorvatiya isə bir xala malikdir. 

21:10

Xorvatiya İvan Perişiçin sol cinahdan vurduğu qolla hesabı bərabərləşdirdi – 1:1. “İnter”in futbolçusu 47-ci dəqiqədə xorvatların turnirdə ilk qolunun müəllifi oldu.

20:39

Çexiya millisi penaltidən hesabda önə keçdi. 39-cu dəqiqədə Patrik Şik fərqləndi. Bu, çex hücumçunun turnirdə üçüncü qoludur. Hazırda o, turnirin vahid bombardiridir.

20:08

Günün ikinci matçı – D qrupunda Xorvatiya və Çexiya yığmaları arasında oyun başlayıb.

20:06

AVRO-2020-nin D qrupunun Xorvatiya – Çexiya matçında komandaların start heyətlərində meydana çıxacaq futbolçuların adları məlum olub.

Xorvatiya (4-2-3-1): Livakoviç, Qvardiol, Lovren, Vrsalko, Vida, Brekalo, Perişiç, Modriç, Kovaçiç, Rebiç, Kramariç.

Çexiya (4-2-3-1): Vatslik, Çelustka, Kalas, Tsoufal, Borjil, Yankto, Holeş, Masopust, Darida, Souçek, Şik.

Qeyd edək ki, Qlazqodakı “Hempden Park” arenasında keçiriləcək oyun Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri