21 
İyn
2021
10:40
83
14
5083
Virtual karabakh

AVRO-2020-nin 1/8 finalına çıxmağa beş namizəd

21 İyn, 2021
10:40
5083

AVRO-2020-nin 1/8 finalına çıxmağa beş namizəd

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AVRO-2020-də 1/8 final mərhələsinin daha iki iştirakçısı bilinəcək.

Oxu.Az xəbər verir ki, bu mərhələyə çıxmağa beş namizəd var. Bunlar Ukrayna, Avstriya, Finlandiya, Rusiya və Danimarkadır.

Bu gün keçiriləcək görüşlərdən debütant Şimali Makedoniya ilə Niderlandın görüşü formal əhəmiyyət daşıyır. Çünki Niderland hələ ikinci turdan sonra qrup liderliyini təmin edib, debütant isə qrup üçüncülüyünü qazanmaq şansından məhrumdur.

C qrupu

20:00 Şimali Makedoniya – Niderland (Yohan Kroyf adına Arena, Amsterdam)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

20:00 Ukrayna – Avstriya (Milli Arena, Buxarest)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Turnir cədvəli

1. Niderland 6

2. Ukrayna 3

3. Avstriya 3

4. Şimali Makedoniya 0

B qrupu

23:00 Rusiya – Danimarka (“Parken” Stadionu, Kopenhagen)

Baş hakim: Kleman Türpen (Fransa)

23:00 Finlandiya – Belçika (“Qazprom Arena”, Sankt-Peterburq)

Baş hakim: Feliks Brıx (Almaniya)

Turnir cədvəli

1. Belçika 6

2. Rusiya 3

3. Finlandiya 3

4. Danimarka 0

Qeyd edək ki, A qrupundan İtaliya və Uels, B qrupundan Belçika və C qrupundan Niderland 1/8 finala vəsiqəni təmin edib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri