22 
İyn
2021
20:40
1037
16
5346
Virtual karabakh

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi – YENİLƏNİB

22 İyn, 2021
20:40
5346

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə “Grand Chess Tour” seriyasının ikinci mərhələsinə yekun vurulub.

“Report” xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov turnirin son günündə daha 9 blits partiyada qüvvəsini sınayıb.

Bu görüşlərin 5-də məğlub olan 34 yaşlı qrossmeyster 2 oyunda qələbə qazanıb. 2 qarşılaşma isə heç-heçə ilə başa çatıb.

Yekunda 14 xal toplayan Rəcəbov yarışı 9-cu pillədə başa vurub.

Qeyd edək ki, turnirin qalibi ABŞ təmsilçisi Uesli So olub. Rusiyalı Yan Nepomnyaşi 2-ci, fransalı Maksim Vaşye-Laqrav isə 3-cü yeri tutub.

19:50

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.

“Report” xəbər verir ki, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.

Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri