23 
İyn
2021
19:33
329
14
1825
Virtual karabakh

Azərbaycanın 20-ci idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

23 İyn, 2021
19:33
1825

Azərbaycanın 20-ci idmançısı Paralimpiya Oyunlarına lisenziya qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Paralimpiya komandasının idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb.

Oxu.Az xəbər verir ki, BƏƏ-nin Dubay şəhərində keçirilən Dünya Kubokunda parapauerlifting üzrə milli komandanın üzvü, +107 kq çəki dərəcəsində iştirak edən Şamo Aslanov 223 kq nəticə göstərərək yarışın gümüş medalına sahib olub.

Dubayda keçirilən Dünya Kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə əldə etmiş Şamo Aslanov bununla da Tokio 2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Qeyd edək ki, bu günə kimi Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarına artıq 20 lisenziya əldə edib. Onlardan 8-i paraatletika, 4-ü parataekvando, 3-ü paraüzgüçülük, 3-ü parapauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri