24 
İyn
2021
10:04
123
11
3918
Virtual karabakh

Braziliya son saniyələrdə vurduğu qol ilə qələbə qazandı - VİDEO

24 İyn, 2021
10:04
3918

Braziliya son saniyələrdə vurduğu qol ilə qələbə qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya yığması Amerika Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

Beş qat dünya çempionu Kolumbiya millisi ilə qarşılaşıb.

Rio-de-Janeyroda keçirilən oyun braziliyalıların 2:1 hesablı qələbəsi ilə bitib.

Oyunda hesabı 10-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Luis Dias açıb. Braziliyalılar 78-ci dəqiqədə Roberto Firminyo ilə hesabı bərabərləşdirib.

Sambaçılar əsas vaxta əlavə olunmuş 10-cu dəqiqədə Kazemironun qolu ilə qələbə sevincini yaşayıb.

B qrupun digər oyununda Ekvador Peru ilə qarşılaşıb.

Oyun Braziliyanın “Estadio Olimpico Pedro Ludovico Teixeira” stadionunda baş tutub.

Qarşılaşma 2:2-lik bərabərliklə başa çatıb.

Bu nəticədən sonra Kolumbiya dörd xalla B qrupunda ikinci, Ekvador millisi isə iki xalla dördüncü yerdə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri