24 
İyn
2021
13:08
173
12
2782
Virtual karabakh

Futbol millimiz dünya çempionu ilə qarşılaşacaq: Sensasiya etsə, mundiala vəsiqə qazanacaq

24 İyn, 2021
13:08
2782

Futbol millimiz dünya çempionu ilə qarşılaşacaq: Sensasiya etsə, mundiala vəsiqə qazanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin 1/4 finalında qarşılaşacağı rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, A qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son dünya çempionu Portuqaliya yığması 1/4 finalda millimizin rəqibi olub.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Millimiz sensasiya edib, yarımfinala çıxa bilsə, avqustda Moskvada keçiriləcək dünya çempionatına ilk dəfə vəsiqə qazanacaq.

Xatırladaq ki, Azərbaycan millisi D qrupunda Fransaya 2:0 və Estoniyaya 4:3 hesabı ilə qalib gəlib, İsveçrəyə isə 5:8 hesabı ilə uduzub. Nəticədə komandamız altı xalla qrup ikincisi olub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri