25 
İyn
2021
12:56
121
26
1655
Virtual karabakh

Çingiz Hüseynzadə: “Prezidentin idmançılara müraciəti olacaq”

25 İyn, 2021
12:56
1655

Çingiz Hüseynzadə: “Prezidentin idmançılara müraciəti olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əvvəlki Olimpiadalardan fərqli olaraq, Tokioya çarter reysi ilə getmək mümkün olmayacaq. Bu da pandemiya şəraiti ilə bağlıdır”.

Oxu.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, bu dəfə rəsmi yolasalma mərasimi olmayacaq:

“Dünən Cənab Prezidentlə danışdım. Qərara gəldik ki, belə şəraitdə yolasalma mərasimi keçirilməsin. Amma Prezidentin televiziya vasitəsilə idmançılara müraciəti olacaq”.

Qeyd edək ki, Tokio Olimpiadası 23 iyulda start götürəcək və 8 avqustda başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri